Sentyabrın 4-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, - deyə məlumatda bildirilir.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.*
N.Abbasova