Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində yolların təmiri işlərinə 1,3 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “XEZER-CONSTRUCTION” MMC ilə 1,261 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin icra müddəti 30 noyabr 2023-cü ilə qədərdir.*
R.Kərimov