Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Cənubi Qafqazdan könüllü şəkildə getməsi ilə bağlı səsləndirdiyi fikirlə razı deyil.
“Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə, Ermənistanı tərk edə bilməz”, - deyə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan liderinin açıqlamasına münasibət bildirərkən vurğulayıb.
“Unutmayaq ki, Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır, onların əksəriyyəti isə ölkəmizin, Rusiya Federasiyasının tamamilə nümunəvi və vətənpərvər vətəndaşlarıdır”, - deyə o qeyd edib.*