Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi sentyabrın 5-də Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunları üzrə Aİ-nin Bakı ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
“Strateji nəqliyyat və enerji layihələrimizi müzakirə etmək üçün Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayarmovla görüşmək xoş oldu. Biz daha çox əməkdaşlığa hazırıq”, - deyə o, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Bakı və Aİ arasında münasibətlər, o cümlədən Cənubi Qafqazda vəziyyət müzakirə olunub.*
R.Kərimov