Rusiya humanitar yüklərin çatdırılması üçün Ağdam (Ağdam-Xankəndi) və Laçın (Laçın-Xankəndi) yollarından istifadə edilməsinin tərəfdarıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Bu məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq”, - deyə o bildirib.
Zaxarovanın sözlərinə görə, Bakı və Moskva bütün məsələləri, o cümlədən problemli məsələləri ikitərəfli formatda həll edir.*
N.Abbasova