Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sentyabrın 5-də İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Oussama Abdel Rahman Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi AMB sədrinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
“Görüşdə investisiyaların və ixrac kreditlərinin İslami prinsiplər əsasında sığortalanması məsələlərinə, xüsusən də bu maliyyə münasibətlərinin ölkəmizdə real sektorun və maliyyə sisteminin inkişafına töhfəsinə dair fikir mübadiləsi apardıq”, - deyə Kazımov bildirib.
Tərəflər, həmçinin AMB və ICIEC arasında gələcək inkişaf imkanlarını müzakirə ediblər.*
X.Nəsirzadə