Azərbaycan hərbçiləri Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin uzunmüddətli fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısını alıblar.
“Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.*
N.Abbasova