Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilən hərbi attaşesi general-mayor Soner Oruçoğlunu qəbul edib.
“Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Nazir Oruçoğluna Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə məlumat verib.
Hərbi attaşe, həmçinin Müdafiə Nazirliyinin digər rəsmiləri ilə də görüşüb.*
X.Nəsirzadə