İqtisadiyyat naziri Mikayıl Cabbarovun İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Usama Kaysi ilə görüşündə Azərbaycanın təşkilata üzvlüyü və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Cabbarov qeyd edib ki, tərəflər ticarətin və investisiyaların təşviqi; biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi; birgə layihələrin reallaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər.*
R.Əhmədov