Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin Bakıdakı səfirliyini ziyarət edib və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə dair danışıqlar aparıb.
“Nazir Quliyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. Görüşdə səfirin müdafiə sənayesi müşaviri İlker Türköz də iştirak edib”, - deyə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, tərəflər (iki ölkə arasında – İF) müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.*
N.Abbasova