Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş baş tutub. Bu barədə bu gün Azərbaycanın Təl-Əvivdəki səfirliyindən bildirilib.
“Hacıyev və Netanyahu ikitərəfli əməkdaşlıq məsələlərini və münasibətlərin (Bakı ilə Təl-Əviv arasında – İF) perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.*
Xəbərlər şöbəsi