“European Tobacco Baku” ASC nizamnamə kapitalının 200 dəfə - 44 milyon 635,22 min manatdan 223,176 min manata qədər azaldıldığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətin elanına istinadən bildirir ki, nizamnamə kapitalı ASC-nin səhmlərinin nominal dəyərinin azaldılması hesabına azaldılıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorların tələbləri 30 təqvim günü ərzində qəbul ediləcək.
“European Tobacco Baku” ASC 2001-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb. Cəmiyyət Bakı Tütün Kombinatının bazasında yaradılıb.*
R.Əhmədov