Azərbaycanın Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Riyad Əl-Malikiyə təqdim edib. Bu barədə Fələstin Xarici İşlər Nazirliyindən bildirilib.
Prezident İlham Əliyev 2023-cü il iyunun 14-də İlham Nəzərlini Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edib.
Dövlət başçısı 2022-ci ilin sonunda “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” sərəncam imzalayıb.*
R.Kərimov