Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 8-də Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin üçüncü təxribat cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.
“Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”, - deyə məlumatda bildirilir.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.*
X.Nəsirzadə