Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - deyə məlumatda qeyd olunub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.*
V.Əliyev