Prezident İlham Əliyev Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
“Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixən bir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır. Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin və tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirmişdir. İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq”, - deyə təbrikdə bildirilir.*
V.Əliyev