Prezident İlham Əliyev Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı məktubu ünvanlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə məktubda bildirilir.*
V.Əliyev