Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki və Qarabağ regionu ətrafındakı gərginliyi müzakirə edib.
Paşinyan bütün məsələlərin 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
“Paşinyan Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu vurğulayıb”, - deyə Ermənistan hökumətindən bildirilib.
Paşinyan və Rəisi, həmçinin Ermənistan-İran ikitərəfli gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.*