ABŞ Ermənistanla Azərbaycan arasında problemlərin diplomatik yolla həlli istiqamətində fəal səylərini davam etdirəcək. Bunu ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.
Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
“Blinken bütün problemlərin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyini diqqətə çatdırıb və ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb”, - deyə Ermənistan hökumətindən bildirilib.
Paşinyan, həmçinin bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu deyib.*