Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 9-u saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər”, - deyə məlumatda bildirilir.
Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.*
V.Əliyev