Bakı İrəvandan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təcili danışıqların aparılması ilə bağlı təklif almayıb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib.
Xatırladaq ki, şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə gərginliyin azaldılması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.*
Xəbərlər şöbəsi