Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı təkzib edib.
“Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirliyin məlumatında bildirilib.*
V.Əliyev