Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş “prezident seçkiləri”ni pisləyib.
“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma “seçkilər” keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - deyə nazirliyin bəyanatında bildirilir.*
V.Əliyev