Vaşinqton Azərbaycanı və Ermənistanı birbaşa dialoqa çağırır. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Birləşmiş Ştatlar bir daha bildirir ki, irəliyə doğru yeganə yol sülh, dialoq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır”, - deyə Blinkenin bu gün Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında bildirilir.*