Bakı Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə erməni diversantların yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun yaralanmasını şərh edərkən deyib.
“Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb. 2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub. Biz Ermənistanın bu cür düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik”, - deyə Hacızadə “X” sosial şəbəkəsindəki hesabında yazıb.*
V.Əliyev