Qırğızıstan 5 ulduzlu otel tikintisi üçün İssık-Kul adasında 17 hektar ərazini Azərbaycan şirkətinə verəcək.
“İnterfaks-Azərbaycan” Qırğızıstan mətbuatına istinadən məlumat verir ki, Bişkek infrastruktur yaradacaq və oteli 10 il müddətinə vergilərdən azad edəcək. Azərbaycanlı investor isə 3 il ərzində kompleksi tikəcək vəişçilərin 70%-i yerli sakinlərdən ibarət olacaq.
İkitərəfli müqavilə 49 il müddətinə qüvvədə olacaq və gələcəkdə uzadıla bilər.
“İnterfaks-Azərbaycan” 2023-cü ilin iyun ayında məlumat verib ki, Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu otel tikəcək. Azərbaycan və Qırğızıstan prezidentləri səviyyəsində müvafiq razılıq əldə olunub. **
R.Əhmədov