«Bəhramtəpə -Çinqil-Servis» şirkəti «TürkAz Mədən» MMC-yə çevrildiyini elan edib.
«İnterfaks-Azərbaycan» məlumat verir ki, adının və təşkilati-hüquqi formasının dəyişməsi ilə əlaqədar olaraq “TürkAz Mədən”ın nizamnamə kapitalı 100 min manat səviyyəsində müəyyənləşdirilib.
Şirkət bu dəyişikliklərin nə ilə əlaqəli olduğunu məlumat vermir.
«Bəhramtəpə-Çinqil-Servis» şirkəti 2000-ci ilin avqustunda Azərbaycan vergi orqanlarında dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 20 manat təşkil edib. **
R.Əhmədov