“Azsığorta” şirkətinin Naxçıvanda filialı açılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“Azsığorta”nın Direktorlar Şurasının sədri Viladi Maniyev qeyd edib ki, regional ofislərin sayını artırmaq və əhaliyə daha keyfiyyətli xidmət göstərməkşirkətin inkişaf strategiyasında qarşımıza qoyduğumuz mühüm hədəflərdən biridir.
“Biz son dövrlər Naxçıvanda baş verən inkişafın şahidi oluruq, bu gündən etibarən isə bu prosesin iştirakçısına çevrilirik. (...)Əminəm ki, Naxçıvan filialımızın açılışı bu istiqamətdə önəmli rol oynayacaq”, - Maniyev qeyd edib.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət göstərmək üçün lisenziya alıb və sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı şirkətlərinin onluğuna daxildir. “AzSığorta” ASC-nin səhmdarı bir fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 14,007 milyon manata bərabərdir.**
X.Nəsirzadə