Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə bağlı yeni görüşü müvafiq şərait olduqda keçirilə bilər. Bu barədə RF-nin baş nazirinin müavini Aleksey Overçuk bəyan edib.
"Biz işçi təmaslarını daim saxlayırıq. Əgər şərait yaranarsa, mütləq görüşəcəyik", - Overçuk jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan arasındakı gərginləşmə üçtərəfli İşçi qrupunun işinə mənfi təsir göstərir.
«Gərginləşmələr hər zaman işimizə mənfi təsir göstərir, dayandırır, gecikdirir və biz yenidən qayıdırıq, oturub, işimizi davam etdiririk», - Overçuk vurğulayıb.
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair son görüş 2 iyun 2023-cü ildə Moskvada keçirilib. **
İnformasiya şöbəsi