“Euroline” QSCBalakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin Balakənçay və Katexçay sel sularından mühafizəsi tədbirlərinin podratçısı oldu.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Euroline” ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri - 11 milyon 300 min 13,5 manatdır.
Müqavilənin şərtlərinə görə, bütün işlər 30 avqust 2024-cü il tariinədək tamamlanmalıdır. **
R.Əhmədov