Azərbaycan və Qazaxıstan bu ilin sentyabr ayında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırır. Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bəyan edib.
«Cari ay Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur», - «İnterfaks-Azərbaycan» Atamoğlanovun bazar ertəsi Bakıda keçirilən «Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq» mövzusunda dəyirmi masada çıxışından sitat gətirir.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının son iclası 7 aprel 2023-cü ildə Bakı şəhərində keçirilib. Azərbaycan tərəfindən Komissiyanın həmsədri energetika naziridir. **
R.Kərimov