İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənani bəyan edib ki, Qarabağ Azərbaycanın bir hissəsidir.
“Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. İran hər zaman ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşmağınvacibliyini vurğulayıb və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır. Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün vacib addım olacaq”, - Kənani bazar ertəsi brifinqdə deyib.
“İnterfaks-Azərbaycan” IRNA agentliyinə istinadən məlumat verir ki, onun sözlərinə görə, Tehran Cənubi Qafqazda baş verən hadisələri “həssaslıq və diqqətlə” izləyir
“Azərbaycan və Ermənistan hökumətləri ilə təmasdayıq”, - o qeyd edib.
Kənani vurğulayıb ki, Ermənistan hökuməti Azərbaycanla yeni hərbi münaqişə imkanından narahatlığını Tehrana bildirib. “Öz növbəsində, Azərbaycan hakimiyyəti Irana heç bir hərbi əməliyyat keçirmək niyyətinin olmadığını və qoşunların (Ermənistanla sərhəddə - İF) bu yaxınlarda yerdəyişməsinin qışa hazırlıq çərçivəsində sadəcə praktika olduğu siqnalını göndərib". **
R.Əhmədov