Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
“Məcəllənin layihəsi parlamentə təqdim ediib. Məcəllə 12 fəsil və 84 madədən ibarətdir. Sənədin sentyabrın 30-da parlamentin payız sessiyası ərzində baxılması nəzərdə tutulur”, - parlamentdən qeyd olunub.
Bu Məcəllə Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.
Xəbər verildiyi kimi, 2007-ci ildə Azərbaycan hökuməti və parlamenti Rəqabət Məcəlləsinin qəbul edilməsi üçün bir sıra hərəkətlər həyata keçirib. Xüsusilə, Azərbaycan parlamenti 2007-ci il dekabrın 14-də keçirilən iclasda o dövrdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış Rəqabət Məcəlləsinin layihəsini ikinci oxunuşda qəbul edib. Lakin, sonralar nazirlik Məcəllənin layihəsini əhəmiyyətli dərəcədə yekunlaşdırmaq qərarına gəldi və hökumət bu sənədi geri çağırıb. **
R.Əhmədov