Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (““Meliorasiya və Su Təsərrüfatı” ASC-nin strukturu”) Samur çayında məcratəmizləmə və sahilbərkitmə işlərinin aparılması üçün “Euroline” QSC-ni cəlb edib.
“İnterfaka-Azərbaycan” www.etender.gov.az portalına istinadən məlumat verir ki, şirkətlə 1,984milyon manat məbləğində müvafiq müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə görə, bütün işlər 15 dekabr 2023-cü ilə qədər sona çatmalıdır. **
X.Nəsirzadə