Qazaxıstan Cənubi Qafqazda kommunikasiyanın açılmasının tərəfdarıdır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bəyan edib.
"Biz birgə bəyanata uyğun olaraq (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli - İF)... Cənubi Qafqaz regionunda həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanın səmərəli əməkdaşlığa keçməsi üçün kommunikasiyalar maksimum açılmasının tərəfdarıyıq", - Bayel bazar ertəsi Bakıda" Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq" mövzusunda dəyirmi masa çərçivəsində jurnalistlərə bildirib.
«İnterfaks-Azərbaycan» agentliyinin müxbirinin verdiyi məlumata görə, onun sözlərinə görə, bu, «bölgədə sülh, sabitlik, inkişaf olması, əməkdaşlıq etmək, o cümlədən yüklərimizi daşımaq, hər cür yollardan istifadə etməyimiz üçün» həm Qazaxıstan, həm də Mərkəzi Asiya üçün vacibdir.
«Düşünürəm ki, indi əngəllər, maneələr qurmağın deyil, əksinə mümkün qədər çox kommunikasiyalar, mümkün qədər çox yolların açmağın vaxtıdır», - diplomat əlavə edib. **
R.Kərimov