Özbəkistan Xarici Işlər Nazirliyi (XİN) bazar ertəsi günü Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək məqsədilə bəyanat yayıb.
«Özbəkistan dost Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə istənilən müdaxiləni pisləyir», - XİN-in bəyanatında deyilir.
Xarici Işlər Nazirliyi vurğulayır ki, Özbəkistan 9 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ regionunda keçirilmiş qondarma «prezident seçkiləri»ni tanımır. **
R.Kərimov