2023-cü ilin II rübünün Azərbaycanda banklar əsasın biznes və istehlak kreditləri üzrə kredit siyasətinin yumşaldılmasını davam etidiriblər.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Mərkəzi Bankın təhlilinə əsasən, 2023-cü ilin II rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətində yumşalma davam edib. Kredit standartlarının yumşalması, əsasən biznes və istehlak kreditləri üzrə müşahidə edilib. Biznes kreditləri üzrə standartlarda yumşalma mikro sahibkarlıq subyektlərinə verilən kreditlərdə, istehlak kreditləri üzrə standartlarda yumşalma isə əsasən kredit kartlarında daha nəzərəçarpan olub. Son rüb ərzində istehlak kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rübə nisbətdə səngimə müşahidə edilib.
AMB-nin məlumatına görə, banklar növbəti rübdə də hər 3 portfel üzrə kreditə tələbin artacağı qənaətindədirlər.
Bankların sorğusuna əssaən AMB-nin qiymətləndirmələrinə görə, banklar biznes kreditləri üzrə siyasətdə əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətindədirlər. Eyni zamanda, bankların qiymətləndirmələrinə əsasən, III rübdə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların olacağı, xarici valyutada verilən kreditlərdə isə sərtləşmənin davam edəcəyi proqnozlaşdırılır.
Cari ilin II rübü ərzində ipoteka kreditlərinə tələb artmışdır. Artımın əsas drayveri İKZF hesabına verilən ipoteka kreditləri olub.
“Banklar III rübdə İKZF hesabına veriləcək kreditlərə tələbin artacağını, lakin kredit siyasətində nəzərçarpan dəyişikliyin olmayacağını gözləyirlər”, - AMB-dən vurğulanır. **
R.Əhmədov