Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunun bir sıra kəndlərinin su ilə təminatının yaxşılaşdırılmasına yönələn işlərin reallaşması üçün “Azərsu” ASC-yə ilkin mərhələdə 12 milyon manat ayrımağı tapşırıb.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, dövlət başçısının saytında dərc olunan “İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, bu vəsait İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına yönələcək.
Vəsait Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanayrılacaq.
Bundan başqa, İqtisadiyyat Nazirliyinə magistral su kəmərinin bərpasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb. **
R.Əhmədov