Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanda işgüzar səfərdədir.
Cabbarov sosial şəbəkələrdə məlumat verib ki, Macarıstan XİN başçısı Peter Siyarto ilə danışıqlar aparıb.
"Siyarto ilə görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini gücləndirən təşəbbüslər və "yaşıl” enerji sahəsində perspektivləri müzakirə etdik”, - Cabbarov yazıb. **
R.Əhmədov