Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefon danışığı zamnaı Ermənistan ilə Türkiyə arasında münasibətəri və regional məsələləri müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
"Tərəflər Ermənistan və Türkiyə münasibətlərinə və regional məsələlərə toxunublar. Söhbət zamanı iki ölkənin rəhbərləri qeyd ediblər ki, regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq regionun bütün ölkələrinin inkişafına və çiçəklənməsinə kömək edəcək", - Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Paşinyan və Ərdoğan bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər. **