Bazar ertəsi Ermənistan ərazisində «Eagle Partner 2023» Ermənistan-ABŞ hərbi təlimləri başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Müdafiə Nazirliyindən əlavə ediblər ki, birgə təlimlərin açılış mərasimində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryan iştirak edib.
Təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində Müdafiə Nazirliyinin sülhməramlı briqadasının «Zər» təlim mərkəzində keçirilir.
"Təlimlər zamanı münaqişə edən tərəflər arasında sülhməramlı vəzifələrin icrası yolu ilə sabitləşmənin təmin edilməsi istiqamətində hərəkətlər məşq ediləcək. Təlimlərin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin uyğunlaşma səviyyəsini artırmaq, idarəetmə və taktiki kommunikasiya sahəsində qabaqcıl təcrübə mübadiləsi, həmçinin Ermənistan bölməsinin NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramının «Əməliyyat potensialı konsepsiyası konsepsiyası»nın planlı qiymətləndirmələrinə hazırlığını artırmaqdır”, - Ermənistan Müdafiə Nazirliyindən bəyan edilib. **