Bazar ertəsi axşam saatlarında Ermənistan silahlı qüvvələri şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub”, - nazilrikdən bildirilir.
MN-dən qeyd olunur ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. **
N.Abbasova