İrəvanın Roma statusunu ratifikasiyası Rusiya ilə münasibətlərlə əlaqəli deyil. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Roma statutunun ratifikasiyasına biz 2022-ci ilin dekabrında başladıq. Təəssüf ki, bu proses Rusiya ilə ICM (Beynəlxalq Cinayət Məhkəməsi - İF) münasibətləri kontekstinə təsadüf edib. Lakin deməliyəm ki, bu proses Ermənistanın Rusiya ilə münasibətləri ilə əlaqəli deyil ", - Paşinyan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, sənədin ratifikasiyası «Azərbaycanla sərhəddə olan vəziyyət, gərginlik» ilə bağlıdır.
«Biz başa düşürük ki, pis kontekst formalaşır və bu narahatlıq doğurur, lakin digər tərəfdən biz digər tərəfdaşlarla münasibətlərimizi və öhdəliklərimizi dayandıra bilmərik və bu münasibətləri təbii məcrada inkişaf etdirməyə çalışırıq», - Paşinyan qeyd edib. **