Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç məlumat verib ki, Macarıstanın baş naziri Viktor Orban və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bazar ertəsi Budapeştdə keçirilən görüşdə iqtisadi əməkdaşlıq məsələlərini geniş müzakirə ediblər.
"İlk növbədə, Orban və Cabbarov enerji sahəsində əməkdaşlığı müzakirə ediblər. Onlar Azərbaycan şirkətinin (SOCAR - İF) Macarıstanda qaz saxlamağa başlamasının vacibliyini vurğulayıblar", - "İnterfaks-Azərbaycan" Kovaçın sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, Macarıstanın baş naziri və Azərbaycanın iqtisadiyyat naziri həmçinin Macarıstanın Azərbaycandakı şirkətlərinin uğurlu fəaliyyətini və potensial gələcək Macarıstan investisiyalarını müzakirə ediblər. «Qarabağın bərpasına gəldikdə, Macarıstan şirkətləri potensial yenidənqurma üçün Azərbaycanda yaşayış məntəqəsini müəyyənləşdiriblər», - Kovaç sosial şəbəkələrdə vurğulayıb. **
R.Əhmədov