Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş yük maşını Ağdam rayonundan keçərək Xankəndiyə gedib. Bu barədə yerli mətbuatın bu gün yaydığı məlumatda deyilir.
Yük maşını Rusiya sülhməramlılarının blok postunu keçərək hazırda Ağdam-Xankəndi yolu ilə hərəkət edir. Yükün Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili sentyabrın 9-da Azərbaycan ərazisinə keçib.*
R.Kərimov