Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 12-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 12-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8256 manat/1EUR səviyyəsində (sentyabrın 11-nə 1.8250 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 12-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0181 manat/1RUB səviyyəsində (sentyabrın 11-nə 0.0175 manat/1RUB) müəyyən edib.
AMB sentyabrın 12-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0632 manat/1TRY səviyyəsində (sentyabrın 11-nə 0.0633 manat/1TRY) müəyyən edib.*
R.Kərimov