2023-cü ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən Azərbaycanda neft (kondensatla birlikdə) hasilatı 20,3 milyon ton olub. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan dünya bazarlarına 17 milyon ton neft (kondensatla birlikdə) ixrac edib.
2022-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 32 milyon 667,7 min ton (azalma 5,5%) neft hasil edilib, ixracın həcmi 26,3 milyon ton (azalma 6,5%) təşkil edib.
Azərbaycan hökuməti 2023-cü ildə Azərbaycanda neft hasilatını 31 milyon 222,3 min ton səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova