Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binasının tikintisi işlərinin podratçısını müəyyən edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “EL-SEYM İNŞAAT” QSC ilə 16,564 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin yerinə yetirilmə müddəti 26 iyul 2024-cü ilə qədərdir.*
R.Kərimov