2023-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 milyard 979,526 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3 milyard 220,592 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin I yarısında birbaşa xarici investisiyaların həcmi 7,5% azalıb.
I rübdə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 501,469 milyon, II rübdə $1 milyard 478,057 milyon təşkil edib.
Tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 75,9%-i (2022-ci ilin yanvar-iyun aylarında 65,9%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $717,5 milyon (azalma 34,6%), xüsusi çəkisi 24,1% (2022-ci ilin yanvar-iyun aylarında 34,1%) təşkil edib.
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($896,477 milyon, artım 6,3%), Türkiyə ($575,685 milyon, artım 19,7%), Kipr ($384,565 milyon, azalma 16%), RF ($245,867 milyon, azalma 12,2%) və İran ($191,8 milyon, artım 12,4%) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($128,458 milyon), Niderland ($98,996 milyon), Macarıstan ($95,348 milyon), ABŞ ($79,778 milyon) və Norveç ($73,581 milyon) də daxildir.
2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2021-ci illə müqayisədə 30,9% artaraq $6,27 milyard təşkil edib.*
A.Əzizov