Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 4 milyard 159 milyon 399,7 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-avqust aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 767 milyon 61 min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 10,4% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 912 milyon 713,8 min manat (artım 7,4%), aksizlər üzrə 147 milyon 604,4 min manat (artım 38,8%), yol vergisi üzrə 30 milyon 250,5 min manat (azalma 28,1%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 68 milyon 830,8 min manat məbləğində (artım 18%) olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edir.*
X.Nəsirzadə